DÜNYA


Türkiyədə FETÖ üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilir

İstanbul, 19 aprel, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda 99 hərbçinin saxlanılmasına qərar verilib.

Onlardan 31-i təqaüdçü, üçü isə keçmiş əsgərdir. Digər 65 nəfər isə vaxtilə Türkiyənin hərbi məktəblərində təhsil alan şəxslərdir.

Bu 99 nəfərdən 71-i artıq nəzarətə götürülüb. Digər şəxslərin saxlanılması istiqamətində işlər davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.