DÜNYA


Türkiyədə FETÖ–yə qarşı növbəti əməliyyat keçirilib VİDEO

İstanbul, 8 mart, AZƏRTAC

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti belə əməliyyat FETÖ terror təşkilatının üzvlərinin saxlanılması məqsədilə İzmirdə keçirilib. Şəhərin müxtəlif rayonlarında yerləşən 30 ünvanda paralel aparılan əməliyyatlar nəticəsində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 31 nəfər saxlanılıb. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən olunub.

Saxlanılanların ünvanlarında aparılan axtarış zamanı böyük həcmdə maddi vəsait və rəqəmsal material aşkarlanaraq müsadirə edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.