Türkiyədə Həzrəti Mövlanənin anma mərasimləri bu il COVID-19 tədbirləri çərçivəsində keçiriləcək
AzerTAg.az
İstanbul, 25 noyabr, AZƏRTAC
Türkiyədə hər il təntənəli şəkildə, beynəlxalq tədbirlərlə qeyd edilən Həzrəti Mövlanəni anma mərasimləri bu il COVID-19 tədbirləri çərçivəsində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Konya Mədəniyyət və Turizm İdarəsindən bildirilib.
Məlumata əsasən, əvvəlki illərdə dekabrın 7-dən 17-dək davam edən tədbirlər bu il dekabrın 7-si və 17-də keçiriləcək.
Qeyd edək ki, bu il 747-ci anma mərasimi keçiriləcək Mövlanə Cəlaləddin Rumi tolerantlığın, barışın və dözümlülüyün simvolu hesab edilir. Bir din alimi olan Həzrəti Mövlanənin əsl adı Məhəmməd Cəlaləddindir. Mövlanə isə ağamız mənasını verir.
Ömrünün böyük hissəsini Konyada yaşayan Mövlanənin məzarı da bu şəhərdədir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Xəbərin mətnində orfoqrafik səhv var