DÜNYA


Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 52 nəfər saxlanılıb

Bakı, 14 fevral, AZƏRTAC

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunun mərkəzində polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 52 nəfər saxlanılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Bursa polisinin məlumatına görə, saxlanılan şəxslərin hamısı Suriya vətəndaşıdır. Terror aktı hazırlamaqda şübhəli bilinənlər uzun müddət polisin nəzarətində olublar.

İŞİD terror təşkilatının son illər Türkiyədə törətdiyi terror aktları nəticəsində 300-dən çox insan həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.