DÜNYA


Türkiyədə Milli Həmrəylik Kampaniyasına indiyədək 2 milyard lirədən artıq vəsait toplanıb

İstanbul, 23 may, AZƏRTAC

Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində başladılan Milli Həmrəylik Kampaniyasına 2 milyard lirədən artıq vəsait toplanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuk bildirib.

Qeyd edilib ki, aztəminatlı ailələrə əlavə maddi dəstək göstərmək məqsədilə martın 30-da başladılan yardımlaşma kampaniyasından faydalanmaq üçün indiyədək 6 milyon 405 min 225 vətəndaş müraciət edib.

Xatırladaq ki, Türkiyə Prezidenti yeddiaylıq əməkhaqqı məbləğini kampaniya çərçivəsində ölkənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi nəzdində açılan hesaba ianə edib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.