MƏDƏNİYYƏT


Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Türkiyənin Bursa şəhərində iyulun 25-dən 29-dək böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqresi keçirəcək.

Konqresin təşkilat komitəsi adından, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun AZƏRTAC-a verdiyi məlumata görə, konqres “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırılıb.

Bildirilib ki, konqreslə bağlı iki xüsusi akademik jurnal nəşr olunacaq. Elm sahəsində dünyaca məşhur olan “Turkish studies” Elmi Məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq jurnalın konqres materialları ilə bağlı xüsusi nömrəsi nəşr ediləcəkdir.

Konqresdə iştirak etmək arzusunda olanların Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.