İDMAN


Türkiyədə Qara dəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı start götürüb

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qara dəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında növbəti karate çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda 200-dək karateçi təmsil edir. Turnirdə 7, 8 və 9 yaşlı idmançılar fərdi və komanda kata yarışlarında çıxış edəcəklər. On yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Turnirdə 6 ölkədən 109 klubun tərkibində 670 idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.