CƏMİYYƏT


Türkiyədə “Qarabağ Zəfəri” kitabı oxuculara təqdim edilib

İstanbul, 19 yanvar, AZƏRTAC

Türkiyədə Anadolu Agentliyi Nəşrləri tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabı oxuculara təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimatı ilə hazırlanan nəşr Qarabağ Zəfərinə gedən yolu fotoşəkillərlə özündə birləşdirir.

Üç hissədən ibarət, 228 səhifəlik nəşrin birinci hissəsində Qarabağ probleminin tarixi əsasları, ikinci və ən mühüm hissəsində agentliyin Vətən müharibəsi dövrünə aid xəbərlər və fotoşəkilləri yer alır.

Üçüncü hissədə isə həm region, həm də dünya siyasəti baxımından Qarabağ Zəfərinin nəticələrindən bəhs edən məqalələr yerləşdirilib.

Tarixi Qarabağ Zəfərini fotoşəkillər, infoqrafika, xəbər və məqalələrlə özündə əks etdirən kitab artıq Türkiyədə satışa çıxarılıb. Nəşri eyni zamanda internet kitab mağazalarından, xüsusən də “kitapyurdu.com” və “idefix.com”dan əldə etmək olar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.