DÜNYA


Türkiyədə “Qollarımızı çırmaladık” şüarı ilə keçirilən vaksinasiya prosesi tam gücü ilə davam edir

İstanbul, 24 iyun, AZƏRTAC

Türkiyədə COVID-19 peyvəndinin ilk dozasını alanların sayı 30 milyonu, ümumi tətbiq olunan doza sayı isə 44 milyon 658 min 745-i keçib. Bunların arasında iki doza peyvəndi tamamlayanların sayı 14 milyon 654 min 834 nəfərdir.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə iyun ayında COVID-19 pandemiyası ilə mübarizə istiqamətində “Qollarımızı çırmaladık” şüarı ilə keçirilən vaksinasiya prosesi tam gücü ilə davam edir. Kampaniyanın başlaması ilə ölkədə gündəlik və həftəlik tətbiq olunan peyvənd sayı sürətlə artıb.

Yaxın günlərdə vaksinasiya prosesində son mərhələlərdən biri olaraq yaşı 18-dən yuxarı olan hər kəsin peyvəndlənməsinə başlanılacaq.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.