DÜNYA


Türkiyədə S-400 kompleksləri gələn ilin aprelində istifadəyə hazır olacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Rusiyadan Türkiyəyə çatdırılan S-400 zenit-raket kompleksləri dekabrda quraşdırılacaq və 2020-ci ilin aprelində istifadəyə hazır olacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyə KİV-ləri bu barədə respublikanın müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmirə istinadla məlumat yayıb. “S-400-lərin çatdırılması tezliklə yekunlaşacaq. Texniki baxımdan sistemlər dekabrda qurulacaq. Lakin bu o demək deyil ki, onlar istifadəyə hazır olacaq. Çünki hələ personalın hazırlığı, bir sıra texniki məqamlar kimi məsələlər var. Bütün bunlar başa çatdıqdan sonra apreldə sistemlər tam hazır olacaq”, - deyə İ. Dəmir bildirib.

Xatırladaq ki, Türkiyə-ABŞ münasibətlərində böhrana səbəb olmuş yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü sentyabrın ortalarında yekunlaşıb. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edirdi. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyi və ya tamamilə dayandırılacağı ilə hədələləyirdi. Lakin Ankara güzəştə getməkdən imtina etdi.

S-400 zenit-raket sistemi aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrə çatan bu sistem hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.