DÜNYA
Türkiyədə Səlcuq hökmdarı II Əlaəddin Keyqubadın məzarının tapıldığı ehtimal edilir
İstanbul, 17 avqust, AZƏRTAC
Türkiyənin Ərzurum şəhərində aşkarlanan tarixi abidənin Səlcuq hökmdarı II Əlaəddin Keyqubadın məzarı olduğu ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, Ərzurumun Mədəniyyət və Turizm İdarəsi ilə Muzey Müdirliyinin birgə tədqiqatları zamanı aparılan qazıntılar nəticəsində üzərində “Sultan Alaaddin” yazısı olan məzar tapılıb.
Bundan əlavə, abidənin ətrafında daha altı məzar aşkarlanıb ki, onlardan da birinin Sultanın anası gürcü qızı Tamaraya aid olduğu ehtimal edilir.
Hazırda tapılan məzarlardan ikisindən çıxarılan insan qalıqlarının DNT testləri aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]