DÜNYA


Türkiyədə “Vicdan hərəkatı” adlı yürüş keçirilib

İstanbul, 8 mart, AZƏRTAC 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Türkiyədə “Vicdan hərəkatı” adlı yürüş keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yürüş iştirakçıları Suriya həbsxanalarında olan və işgəncələrə məruz qalan qadın və uşaqların azadlığa buraxılmalarını tələb ediblər.

Ölkənin bir çox şəhərlərində keçirilən yürüş və aksiyalarda Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsində ən çox qadın və uşaqların zərər gördükləri bildirilib. Qeyd edilib ki, rəsmi rəqəmlərə görə, hazırda yeddi min qadın hələ də Suriya həbsxanalarında işgəncələrə məruz qalır. Qeyri-rəsmi mənbələrə görə isə bu ölkədə 500 min insan həbsdədir. Onların da 7721-i qadındır.

Yürüşə çoxlu sayda yerli və xarici vətəndaş qoşulub.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.