DÜNYA


Türkiyədə açılan yeni hava limanına İstanbul adı verilib

Bakı, 29 oktyabr, Elvin Camalov, AZƏRTAC

İstanbulda açılan yeni hava limanının adı məlum olub.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, yeni aeroportun adını Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəsmi açılış mərasimində deyib.

O bildirib ki, birinci mərhələsi başa çatdırılıb istifadəyə verilən yeni aeroportun adı “İstanbul” hava limanı olacaq. Yeni aeroport 76,5 milyon kvadratmetr ərazini əhatə edir və bütün mərhələsi tamamlandıqdan sonra ildə 200 milyon sərnişinə xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.