DÜNYA


Türkiyədə ağır terror aktının qarşısı alınıb

Ankara, 4 dekabr, AZƏRTAC

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda ağır terror aktının qarşısı alınıb.

AZƏRTAC Türkiyə KİV-inə istinadla xəbər verir ki, Nusaybindəki Çevik Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilmiş əldədüzəltmə bomba zərərsizləşdirilib. Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Bu barədə “TRT Haber” telekanalının yaydığı ən son məlumata görə, məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.

Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Ehtimala görə, avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir və terrorçular bundan məlumatlı olublar. Bombanın zərərsizləşdirilməsi böyük faciənin qarşısını alıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.