DÜNYA


Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Ankara, 9 yanvar, AZƏRTAC

Ankaranın Kahramankazan rayonunda sərnişin avtobusu ağır tonnajlı yük maşını ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, hadisə avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Adapazarı-Ankara marşrutu ilə şəhərlərarası hərəkətdə olan avtobusun sürücüsü həlak olub. Səkkiz sərnişin yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaq başlanıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.