DÜNYA


Türkiyədə antik teatr salonu turistlərin istifadəsinə verilib

İstanbul, 5 iyul, AZƏRTAC 

Türkiyənin Burdur vilayətindəki Gölhisar rayonu ərazisində yerləşən qədim Kibira şəhərində 3 min 600 yerlik antik teatr salonu turistlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, təxminən 2 min il əvvəl inşa olunduğu ehtimal edilən salonda orkestrin yerləşdiyi yerdə dişi canavar fiqurlu mozaika mövcuddur. Rəsmi məlumatda bildirilir ki, rəngli mərmər daşlardan işlənilən bu mozaikaya indiyədək dünyanın heç bir yerində rast gəlinməyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.