DÜNYA


Türkiyədə avtomagistralların qardan təmizlənməsinə 11 min texnika, 13 min şəxsi heyət cəlb edilib

Ankara, 24 yanvar, AZƏRTAC

Türkiyənin bütün bölgələrinə aramsız yağmaqda davam edən qarın yaratdığı fəsadları aradan qaldırmaq üçün ciddi tədbirlər görülür. Ölkə ərazisində qaz, su və elektrik təchizatında böhran olmasa da, bəzi bölgələrdə fasilələr baş verir. Yolları nəzarətdə saxlamaq isə bir nömrəli problemə çevrilib. Gündəlik yol-nəqliyyat qəzalarının sayında artım müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, ölkə ərazisində avtomagistrallarda nəqliyyatın hərəkətini təmin etmək üçün ümumilikdə 11 min texnika və 13 şəxsi heyət xidmətə cəlb olunub. Hazırda nəqliyyatın hərəkət etdiyi Ankara-İstanbul yolunda buz örtüyü mövcuddur.

Bolu bölgəsinə son 72 ildə ən hündür qar qatı düşüb.

Hazırda Osmaniyə və Hatay vilayətlərində yüzlərlə kəndlə əlaqə tamamilə kəsilib. İri tutumlu nəqliyyat vasitələrinin Sivas-Malatya avtomagistralına daxil olmasına məhdudiyyətlər qoyulub. Şanlı Urfa-Qazi Antep avtomagistralından nəqliyyatın hərəkəti birtərəfli tənzimlənir.

Metroloqların məlumatlarına görə, sabaha qədər Ankara da daxil olmaqla, bəzi şəhər mərkəzlərində qarın qalınlığı 15 santimetri keçəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.