DÜNYA


Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib

Ankara, 17 oktyabr, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələri terrorizmlə mübarizə sahəsində daha bir uğurlu əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Şırnak vilayətinin Cudi dağı bölgəsində həyata keçirilən “İldırım-3 Bestler Dereler” antiterror əməliyyatı çərçivəsində məhv edilən terrorçulardan birinin axtarışda olduğu bildirilib.

Məhv edilən terrorçu “İhsan Nuri” ləqəbli Mehmet Nuri Husidur bir sıra ağır cinayətlərin təşkilində ittiham olunur.

Xatırladaq ki, Türkiyənin Daxili İşlər Nazirliyi həmin terrorçunun öldürülməsi üçün mükafat vəd etmişdi.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.