DÜNYA


Türkiyədə axtarışda olan iki terrorçu zərərsizləşdirilib

Ankara, 23 iyun, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Bitlis vilayətinin Tatvan rayonunda keçirdikləri antiterror əməliyyatı zamanı axtarışda olan iki terrorçunu məhv ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Dersim Çektar” ləqəbli terrorçu Recep Yaşarın və ”Çektar Canfeda” ləqəbli Abdulkahar Çobanın hər birinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 71 min ABŞ dolları) məbləğində mükafat vəd edilmişdi. Hər iki şəxs ağır terror hadisələrinin törədilməsində ittiham olunurlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.