DÜNYA
Türkiyədə axtarışda olan təhlükəli terrorçu məhv edilib
Ankara, 27 may, AZƏRTAC
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarışda olan təhlükəli PKK terrorçusu, “Reşit” ləqəbli Mustafa Ertaş Vanda keçirilən antiterror əməliyyatı zamanı məhv edilib.
AZƏRTAC xəbər verir ki, bir sıra ağır cinayətlərdə ittiham olunan M.Ertaş, həmçinin 2016-cı ildə Ədalət və İnkişaf Partiyasının Van vilayət şöbəsinə və zirehli polis maşınına raket hücumu təşkil etməkdə günahlandırılırdı. DİN onun ələ keçirilməsi üçün pul mükafatı ayırmışdı.
Türkiyə KİV-lərinin digər məlumatına görə, İŞİD terror qruplaşmasına da böyük zərbə vurulub. Belə ki, terror təşkilatının İraq “əmiri” Mutaz el-Cuburi Suriyanın Deyrizor ərazisində beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri tərəfindən endirilən zərbə ilə məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara