DÜNYA


Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib

Ankara, 17 may, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib. Onlardan biri "Rojbin Gaver Mizgin" ləqəbli Raife Kutlak adlı qadındır.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi (təxminən 50 min ABŞ dolları) pul mükafatı ayırmışdı. PKK\KCK terror təşkilatlarının üzvü olan təhlükəli terrorçu Siirt bölgəsində zərərsizləşdirilib.

Digər bir məlumatda isə bildirilir ki, Giresunun Güce rayonu ərazisində daha bir PKK terrorçusu təslim olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.