DÜNYA


Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib

Ankara, 11 sentyabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri Ağrı vilayətinin Patnos rayonu ərazisində uğurlu antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, “Təslim ol!” əmrinə atəşlə qarşılıq verən terrorçu yerindəcə məhv edilib. Terrorçunun “Kava” ləqəbli Sezər İşık olduğu müəyyənləşdirilib. Daxili İşlər Nazirliyi onun üçün 300 min lirə (təxminən 54 min ABŞ dolları) vəsait ayırmışdı.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.