DÜNYA


Türkiyədə axtarışına 1 milyon türk lirəsi ayrılan terrorçu könüllü təslim olub

Ankara, 3 iyun, AZƏRTAC

Aparılan təbliğat və ailələrlə danışıqlar nəticəsində daha bir təhlükəli terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilir ki, Haqqaridə könüllü olaraq təslim olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi pul ayrılmışdı. Hələlik terrorçunun şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, DİN-in iyunun 2-də yaydığı məlumata görə, ailələrinin köməkliyi ilə daha dörd terrorçu təslim olub. Bununla da, cari ildə təslim olan terrorçuların sayı 82 nəfərə çatıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.