ELM VƏ TƏHSİL


Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Bakı, 17 iyul, AZƏRTAC

Türkiyənin İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi yaradılıb.

Qurumdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi artıq rəsmi şəkildə qeydiyyatdan keçirilib.

Birliyin qurucusu və rəhbəri İstanbul Universitetinin magistri Rəşid Mustafazadədir. Onun sözlərinə görə, Cümhuriyyətin 100 illiyində İstanbul Universitetində ilk dəfə fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycanlı gənclərə dəstək vermək, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gəncləri ilə əməkdaşlığı təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universitetidir. Dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil edilən ilk Türkiyə universitetidir və eyni zamanda, Asiyanın ən yaxşı 100 universiteti sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.