DÜNYA


Türkiyədə baş verən dağıdıcı zəlzələdən 23 il ötür

Ankara, 17 avqust, AZƏRTAC

1999-cu il avqustun 17-də Ankara vaxtı ilə saat 03:02-də Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilir. Hadisədən 23 il keçsə də, böyük insan tələfatı ilə nəticələnən zəlzələnin səbəb olduğu yaralar hələ də tam sağalmayıb.

AZƏRTAC xəbər verir ki, zəlzələ qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq yeraltı təkanların baş verdiyi vaxt - gecə saat 03:02-də İstanbul, Yalova və Sakarya şəhərlərində anım mərasimləri keçirilib.

Cəfakeş türk xalqı, o cümlədən təbii fəlakət qurbanlarının doğmaları və əzizləri zəlzələ qurbanlarının xatirəsinə ucaldılmış abidələr önünə gül-çiçək dəstələri düzərək, ehtiramlarını ifadə ediblər. Hadisə nəticəsində həyatını itirənlərin ruhlarına dualar oxunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.