CƏMİYYƏT


Türkiyədə baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Heydərabad seysmoloji stansiyasından 53 kilometr şimal-qərbdə - Türkiyənin İğdır vilayətində maqnitudası 4.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.