Türkiyədə baş verən zəlzələ başda Antalya olmaqla bir çox ətraf rayonlarda hiss edilib
AzerTAg.az
İstanbul, 5 dekabr, AZƏRTAC
Antalya valisi Ersin Yazıcı bölgədə baş verən 5,2 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, məlumata əsasən, yeraltı təkanların ocağı Antalyanın Qazipaşa rayonu sahillərindən 38 kilometr uzaqlıqda, Aralıq dənizinin 77 kilometr dərinliyindədir. Zəlzələ başda Antalya olmaqla bir çox ətraf rayonlarda hiss edilib. İndiyədək xəsarət alan və ya dağıntılarla bağlı heç bir məlumat daxil olmayıb. Yeraltı təkanların fəsadları ilə bağlı araşdırmalar aparılır. Ölkədə komendant saatı olmasını nəzərə alaraq əhaliyə evlərinin önünə çıxmağa icazə verilir.
Qeyd edək ki, Türkiyənin Kandilli Rəsədxanası tərəfindən yeraltı təkanların gücü 5,4 bal olaraq hesablanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin mətnində orfoqrafik səhv var