DÜNYA


Türkiyədə baş verən zəlzələ dağıntılara səbəb olub

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyənin Van vilayətinin Özalp rayonunda iyunun 25-də yerli vaxtla saat 13:03-də qeydə alınan Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ bəzi dağıntılara səbəb olub. Ən son məlumata görə, ətraf vilayətlərdə də hiss olunan yeraltı təkan nəticəsində 5 ev tamamilə dağılıb, 7 evdə zədələr aşkarlanıb. Beş nəfərin yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət bölgəsinə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 18 nəfərlik heyəti ezam olunub. Fəsadların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlər aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.