DÜNYA


Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən daha bir nəfərin cəsədi tapılıb

İstanbul, 21 iyul, AZƏRTAC 

Türkiyənin Düzce şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində Akçakoca rayonunda itkin düşənlərdən daha bir nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, itkin düşmüş digər beş nəfərin axtarışı davam edir.

Qeyd edək ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində şəhərin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib. İtkin düşənlərdən iki nəfərin cəsədi artıq tapılıb.

Axtarışlar və ərazinin təmizlənməsi işləri davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.