DÜNYA


Türkiyədə betonun keyfiyyətini müəyyən edən cihaz hazırlanıb

İstanbul, 31 yanvar, AZƏRTAC

Son zamanlar dünyanın bir çox yerində, o cümlədən Türkiyə ərazisində baş vermiş yeraltı təkanlar insanları yaşadıqları evin möhkəmliyi ilə bağlı düşünməyə məcbur edir. Bu səbəbdən dünyada ilk dəfə Türkiyədə tikintidə istifadə olunan betonun keyfiyyətini müəyyən edən “Elektron Beton Monitorinq Sistemi” (EBMS) hazırlanıb.

AZƏRTAC xəbər verir ki, betonun içinə yerləşdirilən bu cihaz xüsusi siqnallar vasitəsilə tikinti materialının keyfiyyəti haqqında məlumat ötürür.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən istifadə olunan yeni sistemin əldə olunması üçün bir çox ölkələrdən Türkiyəyə müraciətlərin olduğu bildirilir.

EBMS–in istifadəyə verildiyi gündən indiyədək Türkiyə ərazisində 58 min 784 tikintidən 3 milyon 748 min 66 beton nümunəsi alınaraq araşdırılmağa göndərilib. Bu işlərə Türkiyənin 319 özəl və hər şəhərdə dövlət laboratoriyaları cəlb olunub.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.