DÜNYA


Türkiyədə bir ailənin yeddi üzvü qətlə yetirilib

İstanbul, 31 iyul, AZƏRTAC

Türkiyənin Konya vilayətinin Meram rayonunda bir evə edilən silahlı hücum nəticəsində eyni ailənin yeddi üzvü qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, faktla bağlı Konya valiliyindən verilən açıqlamada hadisənin araşdırılması istiqamətində bütün imkanların səfərbər edildiyi bildirilir.

Hadisə ilə bağlı daha bir açıqlamanı Türkiyənin daxili işlər naziri Süleyman Soylu verib.

Qətliamın düşmənçiliyin davamı olduğunu deyən nazir hadisəni törədənlərin qısa müddətdə yaxalanaraq məsuliyyətə cəlb olunacağını bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.