DÜNYA


Türkiyədə bir gündə iki minə yaxın koronavirus xəstəsi sağalıb

Ankara, 6 iyun, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 6-da ümumilikdə 35 min 846 nəfər yoxlamadan keçirilib. Onlardan 878 nəfərdə virus aşkarlanıb.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 1922 nəfər sağalıb, 21 nəfər dünyasını dəyişib. Bu gün sağalananların sayı dünənkindən 300 nəfər çoxdur.

Bu vaxtadək, 2 milyon 303 min 258 nəfər koronavirus testindən keçirilib. Onlardan 169 min 218 nəfərdə virus aşkar olunub. Hazırda 591 nəfər reanimasiyada, 264 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 669 xəstə dünyasını dəyişib, 135 min 322 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyə hökuməti virusa qarşı məhdudiyyətləri aradan qaldırmaq üçün planlaşdırılmış qaydada normallaşma prosesinə keçib. COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bu həftəsonu nəzərdə tutulan növbəti komendant saatı rejiminin tətbiqi isə ləğv olunub. İyunun 4-də Ankaranın Çubuk rayonunun Dəmirçi məhəlləsinin karantinə alınması istisna olmaqla, ölkə üzrə virusa kütləvi yoluxma halı müşahidə edilməyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.