DÜNYA
Türkiyədə bir gündə koronavirusa yoluxma halı 3 mini ötüb
Ankara, 13 noyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riski artmaqdadır. Təhlükənin qarşısını almaq üçün vilayətlər və şəhərlər üzrə fərqli məhdudiyyətlər tətbiq olunur.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 13-də ölkə üzrə 149 min 942 nəfər koronavirus testindən keçirilib. Onlardan 3 min 45 nəfərdə virus aşkarlanıb. Sutka ərzində bu xəstəlikdən 93 nəfər ölüb, 2 min 10 nəfər sağalıb.
Xatırladaq ki, COVID-19 infeksiyası Türkiyədə aşkarlanandan bəri 407 min 939 nəfərin xəstəliyə yoluxduğu müəyyən edilib. Onlardan 11 min 326 nəfər ölüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]