DÜNYA


Türkiyədə birinci siniflər üçün əyani dərslər başlayıb

Ankara, 21 sentyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası riski ilə əlaqədar bu gün Türkiyədə yalnız məktəbəqədər və birinci siniflər üçün simvolik olaraq əyani dərslərə başlanıb.

AZƏRTAC xəbər verir ki, hələlik məlum siniflər üçün əyani dərslər yalnız həftənin birinci günləri olmaqla altı saat davam edəcək. Bu siniflərdən olan şagirdlər digər günlərdə dərs prosesini başqaları kimi onlayn davam edəcəklər.

Orta məktəblərdə və liseylərdə normal dərs prosesinin nə vaxt başlayacağı isə məlum deyil. Bu barədə son qərar Türkiyənin Səhiyyə Elmi Komitəsinin tövsiyəsi əsasında veriləcək.

Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuq açıqlamasında bildirib ki, məktəbəqədər və birinci siniflər üçün simvolik əyani dərslərin keçirilməsi sinfə ilk dəfə qədəm qoyan şagirdlərdə məktəb sevgisini aşılamaq məqsədi daşıyır. Nazirin sözlərinə görə, ölkə üzrə bütün məktəblərdə dezinfeksiya işlər başa çatıb, tədris müəssisələrinə bədən hərarətini ölçən cihaz və müəyyən sayda maska göndərilib. Dərslərin normal şəkildə keçiriləcəyi təqdirdə sosial məsafənin qorunması, təmizlik qaydalarına əməl edilməsi və maska taxılması tədbirlərinin nəzarətli qaydada olması üçün bütün şərait yaradılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.