DÜNYA


Türkiyədə bu günədək əhaliyə yüz milyon dozadan çox peyvənd vurulub

İstanbul, 9 sentyabr, AZƏRTAC

Bu günə qədər Türkiyədə əhaliyə tətbiq edilən peyvənd miqdarı yüz milyon dozanı keçib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qardaş ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 9-u saat 13:44-ə qədər ölkədə 50 milyon 648 min 789 nəfərə birinci, 39 milyon 298 min 396 nəfərə ikinci, 9 milyon 208 min 878 nəfərə üçüncü doza peyvənd vurulub.

Bununla da Türkiyədə bu günədək ümumilikdə tətbiq edilən peyvənd sayı 100 milyon 13 min 389 doza təşkil edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.