DÜNYA


Türkiyədə çökmüş mədənin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb

İstanbul, 18 fevral, AZƏRTAC 

Türkiyənin Muğla vilayətinin Milas rayonundakı mədənlərdən birinin çökməsi nəticəsində dağıntılar altında qalan işçilərdən birinin cəsədi çıxarılıb.

AZƏRTAC xəbər verir ki, qəzadan sonra dağıntılar altında dörd işçi qalmışdı. Onlardan biri ağır yaralı vəziyyətdə xilas edilərək xəstəxanaya yerləşdirilib. Digər işçilərin axtarışları davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.