DÜNYA


Türkiyədə civədən kütləvi zəhərlənmə baş verib

Ankara, 8 aprel, AZƏRTAC

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunun Məscitli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 nəfərin 12-si uşaqdır. Xəstələrdə davamlı olaraq qan təzyiqinin yüksəlməsi, kəskin ağrılar, ürək bulanması və s. kimi hallar müşahidə olunub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb civədir. Uşaqlar tapdıqları qutunun içərisindəki civəyə toxunaraq zəhərləniblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.