DÜNYA


Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib

Ankara, 21 sentyabr, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ölkənin Bitlis vilayətində zərərsizləşdirilən terrorçulardan biri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən axtarışda olan PKK mənsubu Devrim Akbay olub.

AZƏRTAC xəbər verir ki, bu fakt məhv edilən terrorçuların şəxsiyyətinin araşdırılması nəticəsində üzə çıxıb. Bildirilir ki, Devrim Akbay ləqəbli terrorçu bir sıra ağır cinayətlərdə ittiham olunub. DİN onun axtarışına 300 min lirə (təxminən 59 min ABŞ dolları) vəsait ayırmışdı.

Qeyd etmək lazımdır ki, Türkiyə hökuməti PKK terror təşkilatına sarsıdıcı zərbələr vurmaqda davam edir. Məğlubiyyətlə hesablaşmaq istəməyən PKK indi insanlığa sığmayan daha iyrənc metodlara əl atıb. Hazırda PKK tərəfindən mülki insanlara qarşı terror aktları törədilir, iş yerlərinə, tarlalarda işləyən insanlara, çobanlara hücumlar təşkil olunur, meşə yanğınları törədilir. Bütün bunlar deməyə əsas verir ki, PKK son nəfəsini yaşayır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.