DÜNYA


Türkiyədə daha iki terrorçu zərərsizləşdirilib

Ankara, 9 avqust, AZƏRTAC

Türkiyədə həyata keçirilən davamlı antiterror əməliyyatları nəticəsində daha iki terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, Mardin bölgəsində məhv edilən hər iki terrorçu silahlı olub.

Milli Müdafiə Nazirliyi isə İraqın şimalında yerləşən PKK terrorçularının məqsədli şəkildə İraq-Türkiyə sərhədində yerləşən meşə zolaqlarında yanğın törətdiyinə dair videomaterial yayıb. Kadrlardan görünür ki, PKK terrorçuları meşəni yandıraraq alovun Türkiyə hərbi birliklərinin yerləşdiyi yerlərə tərəf yayılmasına çalışırlar. Görüntülər pilotsuz kəşfiyyat aparatları ilə çəkilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.