DÜNYA


Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Ankara, 6 oktyabr, AZƏRTAC

Aparılan təbliğat-təşviqat işləri nəticəsində daha üç PKK terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, araşdırma nəticəsində təslim olan terrorçuların 2014-2016-cı illərdə terror təşkilatlarına qoşulduqları, son dövrlər Suriya və İraqda fəaliyyət göstərdikləri məlum olub. Bildirilir ki, bununla cari ildə Türkiyə təhlükəsizlik qüvvələrinə könüllü olaraq təslim olan terrorçuların sayı 160-a çatıb.

Qeyd edək ki, Türkiyə hökuməti hazırda terrorizmə qarşı üç istiqamətdə mübarizə aparır: qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün güc tətbiqi, vətəndaşların köməyi ilə terrorçuların yerinin müəyyən edilməsi, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə maliyyə kanallarının kəsilməsi və təbliğat-təşviqat üsulu. Hər dörd üsul yetərincə nəticələr verməkdədir. Daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, hazırda ölkə ərazisində cəmi 181 terrorçu qalıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.