DÜNYA


Türkiyədə əhalinin xoşbəxtlik indeksi hesablanıb

İstanbul, 18 fevral, AZƏRTAC

Ötən il Türkiyədə aparılan araşdırmanın nəticəsində ölkə əhalisinin 48,2 faizinin xoşbəxt olduğu müəyyən edilib. İnsanları ən xoşbəxt edən amil isə sağlamlıq olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.

Yaşı 18-dən yuxarı olanlar arasında aparılan tədqiqatlar onu göstərib ki, Türkiyə əhalisi arasında kişilərə nisbətən qadınlar özlərini daha xoşbəxt hiss edirlər. Belə ki, 2020-ci ildə ölkədə xoşbəxt qadınların sayı ümumi rəqəmin 53,1 faizini təşkil edib. Araşdırmalar onu da göstərib ki, Türkiyədə ailəli şəxslər subaylara nisbətən daha xoşbəxtdirlər. Bu da, ümumi rəqəmin 51,7 faizini təşkil edir.

Ölkədə özünü ən xoşbəxt hiss edənlər isə yaşı 65-dən yuxarı olanlardır.

Tədqiqatlar onu da göstərib ki, qardaş ölkədə insanları ən çox sağlam olmaq xoşbəxt edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.