DÜNYA


Türkiyədə elektrik enerjisi istehsalının 50 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür

Ankara, 12may, AZƏRTAC

Bərpa olunan enerji mənbələrinin inkişafı Türkiyənin elektrik enerjisi istehsalında mühüm sahə kimi mövcudluğunu saxlayır. Hazırda Türkiyədə mövcud elektrik enerjisi istehsalının 52.3 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Bu göstərici on il əvvəl 25 faiz civarında olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib. Nazir məlumat verib ki, son on ildə dünya miqyasında bərpa olunan enerji layihələrinə ümumilikdə 2 trilyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Qarşıdakı beş ildə bu sahəyə daha 1.3 trilyon dollar sərmayə yatırılacağı nəzərdə tutulub.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən tətbiq olunmuş tam qapanma şəraiti ilə bağlı YEKA GES-3 (Günəş Enerjisi Stansiyaları -3) layihəsinə dair tender təxirə salınıb. Mayın 17-dən sonra proses davam etdiriləcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.