DÜNYA


Türkiyədə elektrik mühərrikli avtomobillərdən istifadə çoxalıb

Türkiyədə elektrik mühərrikli avtomobillərdən istifadə çoxalıb

Bakı, 29 yanvar, AZƏRTAC

Türkiyədə elektrik mühərrikli minik avtomobillərdən istifadə artıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 2021-ci ildə elektriklə işləyən avtomobillərin sayı 6 min 267 idisə, ötən il bu rəqəm 14 min 552-yə çatıb. Keçən il elektriklə işləyən avtomobillərin sayı əvvəlki ilə nisbətdə 132,2 faiz artıb. Beş il əvvəl isə ölkədə elektriklə işləyən avtomobillərin sayı 952 olub.

Türkiyənin elektrik mühərrikli “Togg” avtomobil markasının istehsala başlaması ilə bu rəqəmlərin daha da artacağı gözlənilir.

Ölkədə elektrik mühərrikli avtomobillərlə yanaşı, hibrid avtomobillərin də artması diqqət çəkir. Onların sayında 55,3 faiz artım müşahidə edilib.

Beş il əvvəl hibrid avtomobillərin sayı 4415 ədəd olduğu halda, ötən ilin sonunda bu rəqəm 134 min 662-yə yüksəlib. 2021-ci ildə isə hibrid avtomobillərin sayı 86 min 682-yə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.