MƏDƏNİYYƏT
Türkiyədə ermənilərin törətdikləri ağır cinayətləri ifşa edən daha bir roman işıq üzü görüb
Ankara, 15 oktyabr, AZƏRTAC
Tanınmış yazıçı Mətin Yıldırımın qələmə aldığı “Günah dəhlizi” romanı Ankarada işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Avrasiya Yazıçılar Birliyi tərəfindən nəşrə hazırlanan roman yazıçının sayca üçüncü əsəridir.
“Günah dəhlizi” romanı saxta “böyük Ermənistan” iddiasının erməni toplumunda türklərə qarşı formalaşdırdığı nifrətin acı nəticələrindən bəhs edir. Müəllif böyük ədəbi ustalıqla Türkiyə ərazisində qanunsuz yaşayan ermənilərin cinayətkar əməllərini oxuculara çatdırır. Ermənistandakı sosial-iqtisadi çətinliklər ucbatından qaçaq yollarla Türkiyəyə sığınan ermənilər son nəticədə yenə də cinayətkarlığı və xəyanət yolunu tuturlar. Roman İstanbulda qanunsuz yolla məskunlaşan erməni mütəşəkkil cinayətkar dəstənin bir türk ailəyə yaşatdığı məşəqqətləri incə çalarlarla oxucuya çatdırır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara