SİYASƏT


Türkiyədə fəaliyyət göstərən diplomatların Qarabağa səfəri başlayır VİDEO

Ankara, 26 avqust, AZƏRTAC

Avqustun 26-da dünyanın müxtəlif ölkələrindən olan diplomatların Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsinə səfəri başlayır.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri daxildirlər.

Səfər çərçivəsində Azərbaycanın Füzuli və Şuşa şəhərləri ziyarət ediləcək.

Yetmişdən çox nümayəndənin daxil olduğu heyət Türkiyənin Ankara vilayətinin Esenboğa Aeroportundan çarter reysi ilə Azərbaycanın Füzuli Beynəlxalq Hava Limanına doğru yola düşəcək.

Tarixdə ilk dəfə olaraq Esenboğa hava limanının uçuş ekranlarında AHY4038 saylı Ankara-Füzuli reysini göstərən yazı əks olunub. Bu tarixi hadisə iştirakçılar tərəfindən böyük sevinclə qarşılanıb.

Səfər iki gün davam edəcək.

 
Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.