İDMAN


Türkiyədə futvolley üzrə “Qarabağ zəfəri kuboku” yarışı keçiriləcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Noyabrın 5-dən 8-dək Türkiyənin Alanya şəhərində beynəlxalq futvolley turniri keçiriləcək. “Qarabağ zəfəri kuboku” yarışı adı altında keçiriləcək yarış İkinci Qarabağ müharibəsində qazanılan Qələbəyə həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Rusiya, İsrail, Fransa və Niderland futvolleyçiləri də mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir Dünya Futvolley Federasiyası, Azərbaycan FutNet Federasiyası və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.