CƏMİYYƏT


Türkiyədə gəmidə baş verən qəza zamanı itkin düşən dənizçilərdən daha iki nəfərin meyiti tapılıb

Bakı, 8 yanvar, AZƏRTAC

Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq, Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son məlumata əsasən həyata keçirilən axtarış–xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən daha 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.