DÜNYA


Türkiyədə güclü meşə yanğını baş verib

İstanbul, 27 oktyabr, AZƏRTAC

Türkiyənin Mersin vilayətinin Anamur rayonunda meşəlik ərazidə güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğın yaşayış məntəqələrinə yaxın ərazidə meydana gəlib.

Ətrafdakı evlərin sakinləri təxliyə ediliblər.

Alovun söndürülməsi işinə yanğınsöndürmə briqadaları və helikopterlər də cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.