DÜNYA


Türkiyədə güclü zəlzələ baş verib

Ankara, 8 sentyabr, AZƏRTAC

Türkiyənin Malatya bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yerli vaxtla saat 13.44-də baş verən yeraltı təkan ətraf bölgələrdə də hiss olunub. Hələlik dağıntı və fəlakət barədə məlumat yoxdur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.