DÜNYA


Türkiyədə hava şəraiti kəskin dəyişir

Ankara, 22 sentyabr, AZƏRTAC

Türkiyədə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də axşam saatlarından etibarən İstanbul, Kocaeli, Sakarya, Düzcə, Zonguldağ və Bartın ətraf, həmçinin Kastamonunun dəniz sahillərində güclü yağıntı gözlənilir. Düzcənin sahil ərazisində yağıntının miqdarı normadan qat-qat çox olacağı ehtimal olunur.

Bildirilir ki, yağıntılı, şimşəkli, tufanlı və fırtınalı hava şəraiti ən azı 18 saat davam edəcək.

Meteoroloqlar və yerli hakimiyyət orqanları əhalini diqqətli olmağa dəvət edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.